Texnologiya

Son illərdə virtual reallıq eynəkləri texnologiya şirkətlərinin diqqətini cəlb etməkdədir. Nəhəng firmalar olan Meta və "Apple"dan sonra "Samsung" da bu bazarda öz yerini tutmağa öz brendini tanıtmağa çalışacaq. 

"Apple"ın "Vision Pro" adlı virtual reallıq eynəyinə güclü rəqib olması gözlənilən "Samsung XR"-ın şirkət tərəfindən 2025-ci ildə istifadəçilərə təqdim edilməsi planlaşdırılır. 

Cihaz "Samsung" smartfonlar və həmçinin şirkətin ağıllı saatı olan "Galaxy Watch" və ağıllı üzüyü "Galaxy Ring" ilə birlikdə bir-birini tamamlayacaq funksiyalara sahip olacaq. Beləliklə, şirkət cihazları arasında harmoniyanı möhkəmləndirərək "Samsung" ekosistemini böyütməyi hədəfləyir. 

"XR" layihəsi üçün "Samsung"un bir çox şirkətlə əməkdaşlıq etdiyidə məlumdur. Google ilə proqram təminatı sahəsində əməkdaşlıq edən şirkət "Qualcomm" ilə də "XR" eynəkləri üçün xüsusi prosessor üzərində işləyir.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il