Texnologiya

VML-in son dövrlərdə nəşr etdiyi "Gələcəyin Alışverişçisi Hesabatı"na görə, istehlakçılar süni intellekt vasitəsilə ölümündən sonra belə istehlakçı olaraq qala biləcəklər.

İnkişaf edən rəqəmsal texnologiya unikal marka təklifləri təqdim etməyə davam edərkən, pərakəndə sektorunun gələcəyinə təsir edən maraqlı bir anlayış da gündəmə gəlib: ölüm sonrası istehlakçılıq. VML-in yayımladığı "Gələcəyin Alışverişçisi Hesabatı 2024"ə görə, istehlakçıların yüzdə 47-si ölümündən sonra alış-veriş etmə fikrinə maraq göstərir. Hindistan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə bu faiz 70-ə qədər yüksəlir.

"Ölüm sonrası istehlakçılıq" anlayışı, şəxsin həyatda ikən alış-veriş vərdişləri və maliyyə seçimlərinə əsasən təlim keçmiş süni intellekt təmsilçisinin, şəxs dünyasını dəyişdikdən sonra belə maliyyə əməliyyatlarını həyata keçirməsini və alış-veriş qərarları qəbul etməsini hədəfləyir. Məsələn, nəvələrinizin təhsil haqqını ödəməyə və ya xüsusi günlərdə hədiyyələr göndərməyə ölümünüzdən sonra belə davam edə biləcəyinizi düşünün.

VML-in hesabatı ölüm sonrası istehlakçılıqla bağlı müxtəlif maraqları da ortaya qoyur. İstehlakçıların demək olar ki, yarısı tarixi şəxsiyyətləri süni intellekt vasitəsilə metaversdə virtual axşam yeməklərində bir araya gətirməkdə maraqlı olduqlarını bildirir, yüzdə 46-sı isə dünyasını dəyişmiş yaxınları ilə “söhbət etmək” üçün bu texnologiyadan istifadə etmək istəyir. Bu anlayış bütün yaş qruplarında maraq doğursa da, hesabat yaş artdıqca rəqəmsal varlığın davamlılığına olan marağın azaldığını göstərir.

VML-in Qlobal Yaradıcı Məlumat Rəhbəri Jason Carmel, “Bu anlayışın insanları qorxutmasına yol vermək lazım deyil. Markaların 2025-ci ilə qədər ölüm sonrası istehlakçı strategiyasına ehtiyacı olmayacaq. Lakin bu, istehlakçıların həyatlarının mühüm aspektlərini əks etdirən süni intellekt həllərinə nə qədər açıq olduqlarına dair bir xəbərdarlıqdır,” deyə bildirir.

Ölüm sonrası istehlakçılıqla yanaşı, hesabatda diqqət çəkən digər meyillər isə fiziki alış-veriş təcrübələrinin cazibəsinin yenidən artması, onlayn bazarların əvvəlki üstünlüyünün azalması və markaların daha yaxşı mobil alış-veriş təcrübələri təqdim etmək istəyi kimi önə çıxır.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il