Texnologiya

Netflix platformadakı interaktiv serial və filmləri siləcəyini açıqlayıb. Bildirilir ki, yalnız 4 interaktiv layihə platformada qalmağa davam edəcək. 

İnteraktiv serial və filmlər istifadəçilərin seçimlərinə görə formalaşırdı və bu da fərqli bir təcrübə təqdim edirdi.

Hətta bir çoxları bu məzmunların serial və film sektorunun gələcəyi olacağını düşünürdü. Lakin bu gün gəldiyimiz nöqtədə bunun belə olmayacağı aydın oldu. Netflix-in "İnteraktiv Məzmunlar" bölməsində 20-dən çox layihə mövcuddur. Verilən məlumata görə, onların demək olar ki, hamısı qaldırılacaq. Platformada qalacaq interaktiv layihələr isə "Black Mirror: Bandersnatch", "Unbreakable Kimmy Schmidt: Kimmy vs. the Reverend", "Ranveer vs. Wild with Bear Grylls və You vs. Wild" olacaq.

Mövzu ilə bağlı açıqlama verən "Netflix"in sözçüsü Chrissy Kelleher, interaktiv serial və film texnologiyasının öz məqsədinə uyğun işlədiyini, lakin artıq fərqli texnologiyalara yönəldiklərini ifadə etdi.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il