Texnologiya

"Microsoft" İngiltərədə süni intellekt startaplarını dəstəkləmək üçün "Nvidia" və "GitHub" ilə birgə "Generative AI Accelerator" adlı yeni bir sürətləndirmə proqramına start verib. 2025-ci ilin ilk aylarına qədər davam edəcək proqram, ilkin maliyyələşmə əldə etmiş, lakin inkişaf üçün əlavə dəstəyə ehtiyacı olan startapları hədəfləyir. 

"Microsoft" bu proqram vasitəsilə süni intellekt sahəsində fəaliyyət göstərən startaplara yol göstərməyi, resurs təmin etməyi və onları qlobal miqyasda rəqabət gücünə çatdırmağı hədəfləyib. Xüsusi məqam isə odur ki, "Microsoft" bu layihəni yalnız həyata keçirmir; "Nvidia və "Microsoft"un "GitHub" platforması da bu layihədə yer alır.

Bu böyük əməkdaşlıq çərçivəsində startaplar texniki dəstəklə yanaşı, marketinq strategiyalarını formalaşdırmaq üçün də yardım əldə edəcəklər. Proqram müddətində "Microsoft"un "AI Black Belt" adlandırılan mütəxəssislər qrupu startaplara xüsusi rəhbərlik edəcək. Süni intellekt və maşın öyrənməsi sahəsində geniş təcrübəyə malik olan bu komanda, startapların üzləşdiyi çətinliklərə konkret həll yolları təqdim edəcək. Yəni bu dəstək yalnız məsləhətlə məhdudlaşmır; startaplara istiqamət verən bir yol göstərir.

Sürətləndirmə proqramının diqqət çəkən digər tərəfi isə startapların əsas investorlarla birbaşa tanışlıq imkanı qazanmasıdır. Xüsusilə bazara yeni addım atan süni intellekt startapları uyğun investorlarla görüşərək işlərini sürətlə inkişaf etdirə biləcəklər. Bu yolla İngiltərədə süni intellekt ekosistemi sürətlə böyüyəcək və startaplar geniş layihələrə imza ataraq daha çox dəstək əldə edəcəklər.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il