Texnologiya

"Apple"ın 2024 "Mac Mini" modeli satışa çıxdı və detallı sökülmə prosesindən keçdi. 
YouTube məzmun yaradıcısı Brandon Geekabit "Apple Mac Mini 2024"-ın sökülməsi ilə bağlı video yayımladı. Videoda 16/256GB M4 əsas modelini əsas götürürərək daxili aparatı yuxarıdan aşağıya doğru araşdırır. Cihazın daxili komponentlərinə giriş əvvəlki modellərdə olduğu kimi altındakı plastik panel vasitəsilə həyata keçirilirdi.Plastik paneldə görünən vintlər olmadığından, bir "spudger" istifadə edərək, künclərdən diqqətlə açmaq lazımdır . Paneli çıxardıqdan sonra, bizi havalandırma sistemi üçün boşluqları olan metal "Braket" mötərizə qarşılayır. Mərkəzdə yerləşdirilən balaca düymə batareya, cihaz elektrik şəbəkəsindən çıxarıldıqda parametrləri qoruyur. Bu kameraya daxil olmaq olduqca asandır və gələcəkdə hissələrin dəyişdirilməsi lazım olduqda, bu proses asan olacaq. Metal barmaqlıq çıxarıldıqda, bunun sadəcə havalandırma kanalı olmadığını, həm də Wi-Fi və Bluetooth üçün antena rolunu oynadığı görürsünüz. Barmaqlığı ana kartdan ayırdıqdan sonra, altında tək  istilik borusu olan soyuducu var. Küncdə bütün "Mac mini" modellərində olan balaca dinamik də var.

"Mac mini" digər mikro modellərdən fərqli olaraq daxili enerji təchizatına malikdir. Bu hissə anakartın altında yerləşir. Cihazın yuxarı təbəqəsindəki enerji təchizatının mövqeyi onun istiliyini alüminium gövdəyə yaymasına imkan verir . Daxili komponentləri nəzərdən keçirərkən belə, Apple daxili dizayna diqqət yetirdi və bu açıq şəkildə görünür.

M4 çipindəki istilik bloku da  çıxarılır. İstilik blokunun ölçüsü çox böyük olmasa da, cihaz çox soyumağa ehtiyac duymaması ilə diqqət çəkir. Buradakı blok yüksək sürətlə işləyərkən çipin isti mühitlərdə belə öz işini saxlamasını təmin etmək üçün nəzərdə tutulub.
Kədərli hissə: SSD-nin təkmilləşdirilməsi mümkün deyil.

Anakartın üzərində yerləşən SSD standart M.2 2230 SSD- yə bənzəyir . Ancaq "Apple" fərqli pin strukturundan istifadə edir və xüsusi SSD nəzarətçisinə malikdir ki, bu da cihazın yaddaş sürücüsünü standart hissələrlə təkmilləşdirmək mümkün olmadığını göstərir. Bəzi onlayn videolar "Apple"ın SSD modullarını çıxarıb daha yüksək tutumlu versiyalarla lehimləyə biləcəyini təklif etsə də, xarici SSD-dən istifadə ən praktik həll yolu kimin görünür.

Görünür, "Mac Mini" daxilində istifadəçi tərəfindən təkmilləşdirilə bilən komponentlər yoxdur. Əvvəlki "Mac Mini" modellərində həm SSD, həm də RAM dəyişdirilə bilərdi, lakin bu modeldə cihazı satın alarkən onu istədiyiniz funksiyalarla konfiqurasiya etmək daha yaxşıdır. Daha sonra edilə biləcək ən yaxşı təkmilləşdirmə xarici SSD quraşdırmaqla məhdudlaşır.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il