Texnologiya

Son dövrlərdə texnologiya sürətlə irəliləyir. İlk kompüterlər böyük ölçüləri və az funksiyaları ilə tanınarkən, indi mürəkkəb əməliyyatları sürətlə yerinə yetirən cihazlara çevrilmişdir. Bəs kompüterlərin maksimum sürətlənməsi nə qədərdir? 1965-ci ildə Qordon Mur bu sualı irəli sürərək illərlə izləniləcək bir proqnoz təqdim etmişdir.

Mikroçip nədir?
Mikroçip kompüterin əsas hissəsidir və çox sayda tranzistorun silikon materialın üzərinə yerləşdirilməsi ilə istehsal olunur. Günümüzdə mikroçiplərdə milyonlarla tranzistor var. Kompüterlər, telefonlar və digər cihazlar mikroçipləri istifadə edərək işləyir. Mikroçiplər elektrik siqnallarını istifadə edərək verilən əmrləri yerinə yetirir.

Mikroçiplərin inkişafı "Moore" (Mur) Qanunu yaradır. Bu qanuna görə, hər yeni mikroçip nəsli əvvəlkindən iki dəfə daha çox tranzistor saxlayır. Mur, mikroçiplərdəki tranzistor sayının hər il iki dəfə artacağını proqnozlaşdırmışdır. 1975-ci ildən etibarən bu proqnozu dəyişsə də, kompüterlərin sürətlənməsi fikri dəyişməmişdir.

Mikroçip sənayesinin hədəfi: Mur Qanunu
1970-1980-ci illərdə daha inkişaf etmiş mikroçiplərə sahib cihazların istehsalı, Murun proqnozlarını təsdiqləmişdir. İstehsalçılar arasında böyük bir rəqabət yaranmışdır. Lakin zamanla tranzistor sayının artırılması daha çətin və maliyyətli olmağa başlamışdır.
Mikroçip istehsalçıları 1991-ci ildən etibarən beynəlxalq əməkdaşlığa başlayaraq Mur Qanunu həyata keçirməyə çalışmışdır. Lakin 2000-ci illərin əvvəllərində mikroçiplərdə 90 nanometrlik ölçülərə çatıldıqda, fizik qanunları səbəbindən çətinliklər yaranmışdır.
Mikroçip istehsalçıları, mikroçiplərin iş sürətini sabitləşdirmək üçün yeni yanaşmalara yönəlmişdir. Bu zaman mikroçiplərin ölçüsü 5 nanometrə qədər kiçildilmişdir. Ancaq mikroçip sayının artması, əməliyyatların daha da parçalanmasına və koordinasiya problemlərinə yol açmışdır. Beləliklə, Mur Qanunu, bir müddət doğruluğunu qorusa da, zamanla gerçəkliyini itirmişdir.

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il