Texnologiya

Dünyanın ən zəngin şəxsi, “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask, fəaliyyətləri ilə gündəmdə qalmağa davam edir. İş həyatında olduğu qədər sosial həyatında da fəal olan bu məşhur iş adamı, video oyun dünyasında da maraqlı bir nailiyyətə imza atıb. Mask, “Diablo 4” oyunundakı rekord göstəricisi ilə oyunsevərlərin diqqətini çəkib. Detallar isə belədir:

İlon Maskın “Diablo 4” oyununa olan marağı, onu yaxından izləyənlər tərəfindən yaxşı məlumdur. Ancaq görünən odur ki, iş adamının oyuna olan marağı sadəcə bir hobbi deyil. Məşhur iş adamı, son dövrlərin populyar oyunlarından olan “Diablo 4”-də 150-ci səviyyədəki “Artificer’s Pit” adlı çətin bölümü rekord müddətdə tamamlayıb.

“Diablo 4” oyununda 150-ci səviyyədəki “Artificer’s Pit” zindanını tamamlama sürəti, oyunçuların uğur göstəricisi kimi qəbul edilir. Oyunçuların bu zindanı tamamlama nəticələri “helltides.com” adlı platformada qeyd olunur. Siyahının başında isə ən yaxşı oyunçu yer alır.

Hazırda siyahının lideri “Resistance” adı ilə tanınan bir oyunçudur. O, zindanı 59 saniyəlik bir müddətdə tamamlamaqla birinci sırada yer alır. Lakin İlon Mask-ın paylaşdığı videoya əsasən, o, bu zindanı cəmi 1 dəqiqə 52 saniyədə bitirib. Əgər bu nəticə rəsmi olaraq təsdiqlənərsə, Mask dünyanın ən sürətli “Diablo 4” oyunçusu titulunu əldə edəcək.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il