Texnologiya

"Google" süni intellekt texnologiyalarını dəstəkləmək məqsədilə "Kairos Power" ilə nüvə enerjisi əldə etmək üçün razılaşma imzalayıb.

Crossmedia.az xəbər verir ki, "Google" şirkətinin məlumatına görə, şirkət yeni nəsil inkişaf etmiş təmiz texnologiyalar da daxil olmaqla, təmiz enerji həllərinin sürətləndirilməsində əhəmiyyətli rol oynayır.

Məlumatda "Google"ın "Kairos Power" tərəfindən hazırlanacaq bir neçə kiçik modul reaktordan nüvə enerjisi almaq üçün dünyanın ilk korporativ müqaviləsini imzaladığı bildirilib.

Müqaviləyə əsasən, "Kairos Power"ın ilk kiçik modul reaktoru 2030-cu ilədək sürətli və təhlükəsiz şəkildə işə salınacaq, daha sonra isə 2035-ci ilədək əlavə reaktorların quraşdırılması planlaşdırılır. Bu razılaşma ilə ABŞ elektrik şəbəkələrinə 500 megavata qədər karbonsuz enerji verilməsi gözlənilir.

Açıqlamada süni zəka texnologiyalarını dəstəkləmək üçün yeni elektrik mənbələrinin vacib olduğu vurğulanıb. Nüvə həllərinin elektrik tələbatını etibarlı şəkildə qarşılamağa kömək edən təmiz və kəsintisiz enerji mənbəyi təqdim etdiyi bildirilir.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il