Texnologiya

"Samsung" məhsul çeşidini genişləndirmək üçün işini davam etdirir. Cənubi Koreyalı şirkət yaxın günlərdə "Galaxy A26" modelini təqdim etməyə hazırlaşır. Yeni məlumatlar cihazın dizaynı və əsas xüsusiyyətləri barədə ətraflı məlumat verir. "Galaxy A26" ilə bağlı yayılan görüntülər göstərir ki, istehsalçı kamera dizaynında yeniliklər edib. Artıq sensorlar dairəvi elementlərdə yerləşmir, əksinə, şaquli bir zolaq şəklində düzülüb, fərqli bir vizual görünüş yaradır.

Dizayn baxımından əvvəlki modellərlə müqayisədə ciddi fərqlər yoxdur. Ön tərəfdə yenə giriş seqmentinin əsas xüsusiyyəti olan damcı çentik dizaynı və sektor standartlarına uyğun qalın çərçivələr mövcuddur.

"Galaxy A26"nın texniki xüsusiyyətlərinə gəlincə, cihazın 6 GB RAM ilə gəlməsi ehtimal olunur. Bununla yanaşı, əlavə variantların da mövcud olacağı mümkündür. Prosessor hissəsində isə "Samsung"un "Exynos 1280" çipsetinə yer verilib. Bu çipset 5 nm texnologiyası ilə istehsal edilib və 2x 2.4 GHz "ARM Cortex-A78", 6x 2.0 GHz "ARM Cortex-A55" nüvələrinə, eləcə də "Mali-G68" qrafik modula malikdir.

Model haqqında hazırda məlum olan məlumatlar bu qədərdir. Lakin ötən il təqdim edilən "Galaxy A25" bəzi ipucları verə bilər. Həmin modeldə 50 MP əsas kamera, 8 MP ultra geniş bucaqlı obyektiv və 2 MP makro kamera yer almışdı. Bundan əlavə, 25W sürətli enerji doldurma texnologiyasını dəstəkləyən 5.000 mAh batareya ilə təchiz olunmuşdu.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il