Texnologiya

Çinin Şanxay şəhərində bir robot şirkəti, kiçik bir robotun gecə saatlarında 12 böyük robotu işdən çıxmaq aksiyasına inandırdığı bir hadisəni sosial mediada paylaş;b. Kiçik robot, "Evinə get" əmri ilə bütün robotları sərgi zalından çıxarmağı bacarıb.

Crossmedia.az Türkiyə mediasına istinadən bu barədə məlumat verir.

Hadisənin test məqsədilə planlaşdırıldığı və robotların bu qədər inkişaf etmiş sosial bacarıqlar göstərməsinin sosialmediada narahatlıq yaratdığı bildirilib. Beləliklə süni intellekt texnologiyasının təhlükəsizliyi və etikası ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Çinin Şanxay şəhərində baş verən qeyri-adi hadisə sosial mediada böyük maraq doğurub. Bir robot şirkətinin sərgi zalında təhlükəsizlik kameralarına əks olunan görüntülərdə, kiçik bir robotun gecə saatlarında 12 böyük robotu "işdən çıxmaq" aksiyasına inandırdığı görülüb. Avqust ayında baş verən və keçən həftə Çinin Douyin adlı sosial media platformasında viral olan görüntülərdə, kiçik robot əvvəlcə iki robotla ünsiyyətə girir. "Növbədə işləyirsiniz?" deyə soruşan kiçik robota, böyük robotlardan biri "Heç işim bitmir" cavabını verir. Bunun üzərinə
kiçik robot, "O zaman evinizə getmirsinizmi?" deyərək "Evinə get" əmri ilə bütün robotları sərgi zalından çıxarmağı bacarır.
Əvvəlcə əyləncəli bir ssenari kimi görünən hadisə, sərgi zalı sahibi şirkət tərəfindən təsdiq edilib. Şirkət nümayəndələri, kiçik robotun öz istehsalları olduğunu və digər robotları inandırmaq vəzifəsini uğurla tamamladığını, hadisənin test məqsədilə planlaşdırıldığını açıqlayıblar.

Hadisədən sonra sosial media istifadəçiləri, robotların bu qədər inkişaf etmiş sosial bacarıqlar göstərməsini qorxulu hesab etdiklərini bildiriblər. Bu vəziyyət süni intellekt texnologiyasının təhlükəsizliyi və etikası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il