İdman

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyi (UWW) tərəfindən yaradılan yeni Komitənin prezidenti seçilib.

Crossmedia.az xəbər verir ki, Adrian Bakosun vitse-prezidenti seçildiyi yeni komitə qrapplinq, pankration və həvəskar MMA üzrə yaradılıb.

Belə ki, bu sahələrdə çox sayda idmançının bir neçə idman növü ilə məşğul olması səbəbindən bu idman növlərinin vahid Komitə tərəfindən idarə edilməsi qərara alınıb. Birlik bu idman növlərini vahid komitədə birləşdirməklə bu sahəyə daha çox və peşəkar səviyyədə diqqət ayrılmasını hədəfləyir. Bununla bağlı milli federasiyalara müvafiq qaydada müraciət edilərək qrapplinq, pankration və həvəskar MMA idman növlərinə dəstək verməyə çağırılıb.

UWW-nin seçim qaydalarına uyğun olaraq milli federasiyalar tərəfindən əlavə 3 üzvün də seçilməsindən sonra Komitə tam formalaşdırılacaq. Yeni Komitəyə idmançı, məşqçilər və texniki komissiyalar kimi əlavə komissiyalar dəstək verəcək.

Pankration - həvəskar MMA bölməsinə UWW təmsilçiləri Onur Şimşək, Qrapplinq bölməsinə isə Antonina Bosser nəzarət edəcəklər.

Qeyd edək ki, pankration əlbəyaxa döyüş idman növlərindən biri kimi, Yunanıstanda yaradılıb və qədim dövrdə klassik Olimpiya Oyunlarının tərkibində yer alıb.

Qrapplinq və MMA isə müasir idman növləridir. Güləş idman növlərindən biri olan qraplinqin özəlliyi boğucu fəndlərdən ibarətdir. Qarışıq idman növü olan MMA-da isə həm döyüş, həm də güləş fəndlərindən istifadə edilir. UWW həvəskar MMA üzrə yarışları peşəkar MMA-dan fərqli olaraq, qəfəsdə deyil, güləş xalçası üzərində keçirir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il