Hadisə

İnsan orqanizmi üçün ən vacib vasitələrdən biri yuxudur. Yuxu zehinin və bədənin istirahət etdiyi, enerji topladığı əhəmiyyətli prosesdir. Mütəxəssislərin fikrincə hər bir insan hər gün 7-8 saat yatmalıdır. İnsan beyninin normal fəaliyyəti üçün normal yuxu yatmaq lazımdır. Normal yuxu rejiminin olmaması insan orqanizmi üçün hansı fəsadlar yaradır.

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva Crossmedia.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, yuxu balansı pozulmuş insanların həyat keyfiyyətləri aşağı səviyyədə olur.

"Hər bir yaşanmışlıq normasında olduğu zaman daha dəyərlidir. Yuxunun özü belə çox yatdığımız zaman bizi işlərimizdən geri qoyur, zamanımızı çox alır, bədənimizi zəiflədir və halsızlaşırıq. Normadan az yatdığımız zaman da yuxu orqanizmdə fəsadlar yaradır. Normal yuxu saatı 8 saatdır. Normadan az yatmaq orqanizmdə fəsadlara səbəb ola bilər. Düzgün qurulmamış yuxu rejimi insanda stress, gərginlik, depressiya yaradır və psixoloji problemlərə səbəb olur. Normal yatmış insanlarla yuxu balansı pozulmuş insanlar arasındaki fərqlər var. Yuxu balansı pozulmuş insanların həyat keyfiyyətləri aşağı olur, təzyiq və ürək problemləri yaranır, məktəb və iş həyatlarında uğursuz addımlar atırlar".

Psixoloq yuxu rejimin pozulmasının səbəblərini də qeyd edib.

"Yuxu rejimin pozulmasının səbəbləri stressli, gərgin, travmalı bir həyatın olması, yaşadığımız hadisələr el arasında deyilən kimi "yuxunun ərşə çəkilməsinə", yuxusuzluğa səbəb olacaq. Digər səbəblərə ağır iş qrafiki ,uzun səyahətli yollar daxildir. Gecə vaxtı yemək yeməkdə yuxusuzluğa səbəb ola bilər. Hər bir orqanizm,hər bir metobolizm sistemi fərqlidir. Bəzi insanlar gecə vaxtı yemək yeyib tam rahat şəkildə yata bilirlər. Amma bəzilərinin gecə yedikləri yemək yuxu qaçırdır. Sağlam qidalanmamaq da yuxusuzluğun əsas səbəblərindən biridir". 

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il