Hadisə

Hazırda, sosial şəbəkə platformalarında yeni növ dələduzluğun ortaya çıxması ilə bağlı xəbərdarlıqlar yayımlanır.
İddia olunub ki, bəzi şəxslər peyvəndə görə zəng edərək vətəndaşları aldadır və onlardan “peyvənd olunmusunuzsa, “1” düyməsinə basın” deyir, ardınca telefon bloka düşür və məlumatlar oğurlanır. Xəbərdarlıq mətninin sonunda sxemlə bağlı hadisələrin baş verdiyi qeyd olunsa da, şahidlər haqqında dəqiq məlumat yoxdur. Bu xəbərdarlıqlar nə dərəcədə həqiqəti əks etdirir? 

Belə ki, texnologiyanın inkişafı insanların həyatını asanlaşdırmaqla bərabər sosial media fırıldaqçılarının artmasına da səbəb oldu. Kibercinayətkarlıq kimi cəmiyyətin təhlükəsizliyinə və maliyyəsinə əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən bu cinayət əməli daha çox məlumatsız insanların tora düşməsi sayəsində “uğurla” başa çatır. 

Bəzən yayılan xəbərdarlıqlar həqiqəti əks etdirir, bəzən isə yox. Bu cür dezinformasiyaların yayılması isə insanlarda yersiz panikaya səbəb olur. 

Məsələ ilə bağlı İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev Crossmedia.az saytına verdiyi açıqlamada bildirib ki, telefonda düymə basmaqla bloka düşmə məsələsi ağılabatan deyil:
“İndiki halda düşünürəm ki, bu dezinformasiyadır, texniki olaraq belə hal mümkün görünmür”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il