Hadisə

Hər il təşkil edilən "Qara Cümə" günlərində müxtəlif məhsulların qiymətinə endirimlər tətbiq edilir. Bu günlərdə «Qara Cümə» satışları ilə əlaqəli fırıldaqçılıq riskləri diqqət çəkir.

Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər, böyük endirimlər ətrafında yaranan həyəcanın alıcıların diqqətini azaldaraq, fırıldaqçıların insanları aldatmasına şərait yaratdığını xəbərdar edirlər. Ən çox istifadə olunan fırıldaqçılıq metodlarından biri, saxta vebsaytların və ya linklərin göndərilməsidir, burada "ucuz məhsullar" təklif edilir. Belə anlarda insanlar daha az diqqətli olur, bu da cinayətkarların onların şəxsi məlumatlarına və ya pullarına asanlıqla daxil olmasına səbəb olur.

Fırıldaqçılıqdan qaçınmaq üçün bir neçə sadə qaydalara əməl etmək vacibdir: vebsaytların etibarlılığını yoxlamaq, URL-ləri diqqətlə oxumaq, şübhəli linklərə klikləməmək və yalnız etibarlı və tanınmış onlayn mağazalardan alış-veriş etmək.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il