Hadisə

İki illik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətini bərpa edib və qiymətlər əvvəlki səviyyədə saxlanılıb.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.

Ə. Mehdiyeva bildirib ki, Bakı bulvarında 2022-ci ildən dəniz səviyyəsinin aşağı enməsi səbəbindən gəmi gəzintisinə fasilə verilib: “İlin əvvəlindən dənizin dərinliyi ölçülüb və nəticədə gəminin təhlükəsiz hərəkəti üçün yeni marşrut müəyyən edilib. Əvvəlki marşrut “Sadko” körpüsündən keçirdisə, indi gəmi Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Bu ərazidəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün əlverişlidir”.

Onun sözlərinə görə, gəmi xidmətinin yenidən başlanması ilə bağlı insanların marağını nəzərə alaraq və istismar xərclərinin artmasına baxmayaraq, Dənizkənarı Bulvar İdarəsi bilet qiymətlərini dəyişməyib: "Qiymətlər gəminin yerinə və mərtəbəsinə görə 5-10 manat arasında dəyişir. Bu tariflər 2015-ci ildə müəyyənləşdirilib. Gəminin təhlükəsizliyi Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən təmin edilir".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il