Hadisə

Son illərdə kiberhücumların sayı artdıqca, informasiya təhlükəsizliyi sahəsində yeni problemlər ortaya çıxır. Bu vəziyyətin qarşısını almaq üçün kibertəhlükəsizlik təlimlərinin genişləndirilməsi və gücləndirilməsi vacib məsələlərdən biri olaraq qalmaqdadır.

Mövzu ilə bağlı milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, son zamanlar kiberhücumların sayı həddindən artıq yüksəlib:

“İstər sosial şəbəkələr, istərsə də bank kartları sahəsində bunun qarşısını almaq üçün dövlətin xüsusi orqanları bütün gücləri ilə çalışır. Hətta deyərdim ki, son dövrlərdə özəl şirkətlər də bu sahədə böyük uğurlara imza atıblar”.

Rəşad Rza onu da qeyd edib ki, işin bir hissəsi də maariflənmə məsələsidir, amma təəssüflər olsun ki, bu istiqamətdə hələ də uğurlu nəticələr əldə olunmayıb:

“Doğrudur, bu sahədə addımlar atılır və maariflənmə işləri görülür, amma hələlik nəticələr gözləntiləri qarşılamır”.

Son olaraq mütəxəssis vurğulayıb ki, biz hələ də kütləvi şəkildə bank kartlarının və kodlarının naməlum şəxslərə verilməsi halları ilə qarşılaşırıq, bu da maariflənmə prosesinin hələ tam nəticə vermədiyini göstərir.

Aytac Bəhruzqızı 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il