Hadisə

Almaniya Silahlı Qüvvələri Rusiya ilə mümkün müharibə zamanı fəaliyyət prosedurunu izah etmək üçün ölkədəki iş adamları ilə görüş keçirməyə başlayıb. Bu barədə " Frankfurter Allgemeine Zeitung" məxfi sənədlərə istinadən xəbər verib. Bəs bu proseslər gedişində Almaniya və Rusiya arasında müharibə olması gözlənilirmi?

Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az saytına açıqlamasında ilk olaraq  Rusiya-Ukrayna müharibəsinə toxunaraq bildirib ki, bu gün Rusiya-Ukrayna müharibəsi elə bir həddə çatıb ki, artıq Avropa dövlətlərinin hər hansı biri özünün təhlükəsizliyindən tam əmin ola bilmir:

" Xüsusilə də Rusiya ilə sərhəddə olan, istər Baltikyanı ölkələr, istər Polşa, istər Almaniya , istərsə də Rumıniya və digər ölkələr olsun fərqi yoxdur, baxmayaraq ki, bu ölkələr NATO tərkibindədir. Artıq hər biri bu təhdidi öz üzərlərində hiss edirlər. Məlum məsələdir ki, NATO bir ittifaqdır və NATO-da bir ölkənin atdığı addım və ya bir ölkəyə qarşı olan təxribat digər ölkələrə də təsir edir. Düzdür, bu gün Ukrayna NATO üzvü deyil, amma NATO-nun aparıcı dövləti olan Amerika Birləşmiş Ştatları ilə çox ciddi əlaqələrə malikdir. Eyni zamanda Böyük Britaniya ilə də əlaqələrə sahibdir. Bu gün Rusiya-Ukrayna müharibəsində Ukraynanın əsas dəstəkçisi hələ ki,  Amerika Birləşmiş Ştatlarıdır. Burada eyni prosesi Böyük Britaniya da aparır. Almaniya da təbii ki, bu yolla gedir. Amma Almaniyanın bu müharibədən öncə Rusiya ilə ciddi iqtisadi və siyasi əlaqələri var idi. İndi Almaniyanın təhlükəsizliyində də Amerika Birləşmiş Ştatları və NATO amili önə çıxır". 

Politoloqun qeyd etdiyi fikrə görə , artıq Almaniya başa düşür ki, əgər Rusiya daha çox daban-dabana zidd gedəcəksə, o zaman Almaniyanın özü də mümkün müharibə riski ilə qarşı-qarşıya qala bilər:

" Hətta 2023-cü ilin əvvəllərində artıq Almaniya dövləti Bundestaqda ordunun modernizasiyası üçün təqribən 100 milyard avroluq paketin ayrılması ilə bağlı qərar qəbul etmişdi. Yəni bu o deməkdir ki, Almaniya artıq nə zamansa Rusiya ilə qarşı-qarşıya gəlmək ehtimalının olduğunu bilir və indidən hazırlıq görür ki, qarşı-qarşıya gəldikdə çətin vəziyyətdə qalmasın. Bu baxımdan düşünürəm ki, hazırlıqlar gedə bilər, çünki qarşı-qarşıya gəlmə ehtimalı var. Hər vəziyyətdə bu proseslər dünya birliyi üçün lll Dünya müharibəsinin daha üst səviyyəsinə keçməyə doğru gedir. İndi baş verən hadisələr hesab edirəm ki, lll Dünya müharibəsinin müxtəlif formada elementləridir. Lakin onu daha böyük və daha genişmiqyaslı müharibəyə çevirmə riski də var. Buna görə də Almaniya artıq ehtiyat tədbirlərini indidən görür, çünki Rusiyaya yaxın dövlətlərdən biridir və baş verə biləcək istənilən təxribatın qarşısını almaq çox çətin bir hal ala bilər".

Gülşad İbrahimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il