Hadisə

Son zamanlar insanlar büdcələrinə qənaət etmək üçün daha əvvəl istifadə edilmiş ikinci əl geyimlərə üstünlük verirlər. Maraqlıdır, belə paltarlardan istifadə etməyin sağlamlıq üçün hansı riskləri ola bilər?

Mövzuyla bağlı marketoloq Elxan Mərdanlı Crossmedia.az-a açıqlamasında ikinci əl geyimlərin sağlamlığa təsirindən danışıb. O bildirib ki, ikinci əl geyimlərin istifadəsinə daha çox aztəminatlı ailələr və gəliri çox olmayan şəxslər yönəlirlər. Dünyanın bir çox ölkəsində bu ticarət var. İkinci əl geyimlər tanımadığımız  insanlardan aldığımız zaman təhlükəlidir. Xüsusən də xaricdən gətirilən geyimlərin istifadəsi zamanı diqqətli olmaq lazımdır. Bu geyimlərin saxlanma şəraiti, əvvəlki sahibinin sağlamlıq vəziyyəti, təkrar satışa çıxarılmazdan əvvəl hansı səviyyədə təmizləndiyi bilinmir. Bazarda bir çox tanınmış şəxslər, blogerlər var ki, onlar geyindikləri geyimləri ikinci əl olaraq müəyyən "qaraj günləri" adı altında satırlar. Təbii ki, alıcıları onları tanıdıqları üçün satdıqları paltarları alırlar".

Marketoloq ikinci əl geyimləri alarkən diqqət edilməli olan məsələləri qeyd edib:
"İkinci əl geyim almazdan əvvəl əvvəlki sahibinin kim olmasını və ya satışı təmin edən şirkətin güvənli olmasını müəyyən etmək lazımdır. Geyimin xaricdən gəlib-gəlmədiyini də öyrənmək lazımdır. Alış zamanı satıcıdan çek tələb etmək mütləqdir. Bu zaman aldığınız məhsulla bağlı problem yarandıqda məhkəməyə müraciət etmək və həmin çeki fakt kimi göstərmək mümkün olur.  Digər məsələ  ikinci əl geyimlərdə mütləq təmizliyinə, yuyulmağına və  ciblərinə baxılmalıdır. Dünyanın istənilən ölkəsində ikinci əl geyimlərə ehtiyac olub və olacaq. Əsas məsələ odur ki, bu işi həyata keçirən şirkətlər və şəxslər standartlara uyğun olaraq geyimləri alıcılara təqdim etməlidirlər".

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il