Hadisə

Bakıda bitmək bilməyən tıxac probleminin səbəblərindən biri kimi yolun ortasında yerləşən parklanma yerləri göstərilir. Parklanma pulsuz olduğu vaxtlarda belə, yanlış park edənlərin sayı kifayət qədər çox idi. Sonradan parklanmanın pullu olması isə vəziyyəti yaxşılaşdırmadı.

Məsələ ilə bağlı Crossmedia.az saytına açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov şəhərin tıxaclarla daim təmasda olduğunu və bunun artıq həyat tərzimizə çevrildiyini deyib:

“Nəqliyyat vasitələrinin ərazilər üzrə saxlanılması və yaxud park edilməsi hərəkəti çətinləşdirən amillər olaraq qalır. Bu situasiyadan qurtulmaq atılacaq addımlardan asılıdır. Parklanma yerlərinin düzgün təyin edilməsi, nəqliyyat vasitələrinin parklanma ərazilərinə daxil edilməsi, hərəkət zolaqlarının intensivliyinin artırılması kimi tədbirlər buna misal ola bilər“.

A.Əsədov sıxlığın qarşısını almağa təsir göstərən digər fəaliyyətlərdən də danışıb:

“Nasaz nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması kimi qaydalar tətbiq edilə bilər. Bu cür məsələlərin hamısı görülən işlər çərçivəsində həll olunacaqdır. Əks halda bizi uzun müddət çətinliklər gözləyə bilər”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il