Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisəsi zamanı yanğın-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.

Crossmedia.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimə FHN-in Muğan Regional Mərkəzi və Salyan rayon Yanğından Mühafizə Hissəsinin, TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin hadisə zamanı aidiyyəti qurumların effektiv və əlaqəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

"Təlim zamanı yanğınsöndürənlər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” operativ söndürülüb, “zərərçəkmişlər” deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən xilasedicilər tərəfindən təxliyə edildikdən sonra onlara ilk tibbi yardım göstərilib", - məlumatda qeyd olunub.

 

 

 

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il