Hadisə

Geni dəyişdirilmiş qidalar, genetik modifikasiya yolu ilə dəyişdirilmiş orqanizmlərdən (GMO) əldə edilən qidalardır. Bu texnologiya bitki və heyvanlarda müəyyən xüsusiyyətləri inkişaf etdirmək və daha məhsuldar etmək üçün istifadə olunur. GMO-ların insan sağlamlığına təsiri ilə bağlı hələ də elmi mübahisələr davam edir. 

Mövzu  ilə bağlı qida məsələləri üzrə ekspert Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, texnologiyanın inkişafı ilə qida istehsalını və iqtisadi gəlirləri artırmaq üçün qidada mövcud olan genlərə müdaxilə edilib. Bunun nəticəsində, insan sağlamlığına mənfi təsir göstərən GMO - Genetik Modifikasiya olunmuş Orqanizm qidaları yaranıb:

“Ölkəmiz və dünyada əhalinin sayının sürətlə artması səbəbindən ərzaq istehsal və istehlakında artım müşahidə olunur. Buna uyğun olaraq geni dəyişdirilmiş qidaların istifadəsi də geniş vüsət alır”.

Ekspertin sözlərinə görə, GMO istehsalı və qidaların istehlakının artması nəticəsində bu qidalar cəmiyyətə toksik təsir göstərərək allergik reaksiyalar, xərçəngə yoluxma halları, antibiotiklərə davamlı olan mikroorqanizmlərin artmasına səbəb olur:

“Araşdırmalar nəticəsində məlum olub ki, istifadə edilən GMO-lu qidalar canlıların sağlamlığına mənfi təsir göstərir. Bu mənfi təsirlərin heyvan təcrübələri ilə müəyyən edildiyini göstərən araşdırmalar var. GMO-lu qidalarla qidalanan siçanlarda ölüm nisbəti 2-3 dəfə çoxdur. Dişi siçanlarda döş xərçəngi, kişi siçanlarda qaraciyər xərçəngində 50% artım var”.

Bəs bilmədən yediyimiz bu GMO-lu məhsullar hansılardır?

Vafli, şokolad, şirin qazlı içkilər, səhər yeməyi yarması, hazır şorba, hazır tort, kolbasa, sosiska, 3-ü birində kofelər, ketçup, mayonez, peçenye, kraker, qənnadı məmulatları, rəngli içkilər, şokolad yağı, çips, bulyonlar, meyvəli yoqurtlar və s. bu qidalar sırasına daxildir. 

F.Səfərov qeyd edib ki, qablaşdırılmış qida məhsullarının tərkibində aşağıdakı siyahıdan xammal varsa, bunun GMO olması ehtimalı var: 

"Qarğıdalı siropu nişatası, yağı, nişasta əsaslı maye şəkər, bitki, zülalı, yağı və marqarin, soya unu, proteini və yağı, dekstroz, maltodekstrin,  fruktoza,  sitrik turşusu,  laktik turşu, kanola yağı, pambıq yağı və s. Sağlam şəkildə maarflənin, araşdırıb öyrənin, alış-veriş edərkən diqqətlə etiketləri oxuyun ki, sonra çox gec olmasın. Sağlam qidalanaraq sağlam yaşayın",- deyə ekspert məsləhət görüb.

 

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il