Hadisə

Zəfərlərinə zəfər qatan Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz tarixində yeni bir səhifə açdı. Şanlı bayrağımızın azad Qarabağ səmalarında dalğalanması bizim müstəqillik ənənələrimizə sadiqliyimizi bir daha sübut etdi. Xalqımızın bayram günlərini təntənəli şəkildə qeyd etməsi, Azərbaycan millətinin bir-birinə bağlı olması ölkəmiz üçün sevindirici haldır. Vətən müharibəsi  sayəsində Azərbaycanın ərazi bütövlüyünü Ali Baş Komandanımız İlham Əliyevə borcluyuq.

Son günlər ölkəmizdəki bayram ab-havasını nəzərə alaraq fikirlərini bizimlə bölüşməyi üçün Crossmedia.az olaraq Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevə müraciət etdik. Fikirlərini bölüşən zaman deputat bildirib ki, Zəfər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir:

“44 gün ərzində baş verən döyüşlərdə Şuşanın azad edilməsi həll edici manevr oldu. Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir Yumruq” siyasəti nəticəsində Azərbaycanın rəşadətli ordusu qələbə qazanmağımıza şamil oldu. Biz bu qələbəyə görə şəhid və qazilərimizə borcluyuq”.

Arzu Nağıyev həmçinin əlavə edib ki, zəfərimiz 29 il düşmən əsarətində qalan torpaqlarımızın azad olunması ilə yanaşı regional inkişaf üçün yeni imkanlar yaratdı:

“Müharibə zamanı dezinformasiya, gedişat müddətində məxfiliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında ölkəmizin hüquq-mühafizə orqanlarının rolu böyük olub. Məxfilik, xüsusilə hərbi əməliyyatların gedişatında, strateji məlumatların əlinə keçməsinin qarşısını almaq məqsədilə çox önəmlidir. Məhz buna görə də sabitliyin qorunmasında ordu və xüsusi xidmət orqanlarının birliyini qeyd etmək mühüm məsələdir”.

Müsahibimizin sözlərinə görə, Zəfər günü Azərbaycanda təntənəli qeyd olunur, çünki artıq tam şəkildə suverenliyimizə qovuşmuşuq və Azərbaycan səmalarında şanlı bayrağımız dalğalanır:

“Ölkə başçımız cənab İlham Əliyevin uğurlu siyasəti və xalq-ordu birliyinin kulminasiya nöqtəsində Azərbaycan qələbələr imza atdı. Bundan sonrakı dönəmdə də ölkəmiz, millətimiz yeni qələbələrə imza atacaq. Azərbaycanın rəşadətli ordusu və xalqımızın əzmi sayəsində Azərbaycan Respublikası öz müstəqilliyinə nail oldu”.

Zeyd Bağırzadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il