Hadisə

Autizm mövzusu cəmiyyətimiz üçün çox əhəmiyyətlidir və bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün mütəxəssislərin fikirlərini öyrənmək vacibdir. Autizmli fərdlərin həyat keyfiyyətini artırmaq və onların təhsildə daha uğurlu olmalarına kömək etmək üçün mütəxəssislərdən bəzi dəyərli məsləhətlər almaq lazımdır. Məqsədimiz, autizmlə bağlı məlumatlılığı artırmaq və bu fərdlərin həyatına müsbət təsir göstərməkdir.

Mövzu ilə bağlı İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli Crossmedia.az-ın suallarını cavablandırıb:

Autizm diaqnozu qoyulan uşaqlar üçün erkən müdaxilə əhəmiyyəti nə qədərdir?

-Ümumiyyətlə bunu qeyd edə bilərəm ki, Azərbaycanda autizm diaqnozu 3 yaşından sonra qoyulur, amma beynəlxalq praktikaya əsasən diaqnoz 6 aylıqdan qoyulur. Artıq bu diaqnoz qoyulmuş uşağa həkim tərəfindən nəzarətə götürülür. Bu o deməkdir ki, həmin uşaq 3 yaşına çatdıqda xəstəlikdən artıq qurtulmuş olur. Hazırda Azərbaycanda isə 3 yaşından diaqnoz qoyulur. Bu isə xəstəliyin müalicəsinin gecikməsinə səbəb olur.

Autizmli fərdlərin həyat keyfiyyətini artırmaq üçün hansı gələcək perspektivlər mövcuddur?

-Hazırda İDDO psixi sağlamlıq proqramı ilə TƏBİB, Səhiyyə naziri və icbari siğorta arasında bağlanmış müqavilələr və memorandumlara əsasən gələcəkdə, ümumiyyətlə, Azərbaycanda autizmli uşaqların ciddi şəkildə statiskasının aşağı düşməsi və müalicə metodladının tapılması gözlənilir. Bizim praktikamızda belə hallar mövcuddur. Ən əsası autizmli uşaqların diaqnostikalarınn yanlış olması və bunların korreksiya olunması, tədqiqatların aparılması lazımdır. Tam bu işlər görüləndən sonra, autizmli uşaqlar üzərində tədqiqat aparılacaq ki, onlar hansı sosial mühitdə sosiallaşa bilərlər? Onlar bu sosiallaşma nəticəsində necə inkişaf edə bilərlər? Bu tədqiqatları apardıqdan sonra bununla bağlı işlər görüləcək. Dövlət özü məşğul olur.

Autizmli uşaqların sosial bacarıqlarını inkişaf etdirmək üçün hansı tədbirlər həyata keçirə bilər?

-Autizmli uşaqların bacarıqlarını inkişaf etdirmək üçün ilk, bu uşaqlarla tədqiqat aparılmalıdır. Onların maraq çərçivələri və cəmiyyətin şəraiti və imkanları tədiqaqatı aparmalıdır. Ondan sonra hansı autizmli uşaq, hansı cəmiyyətə daha yaxşı sosiallaşa bilərsə, hansı ixtisasa yaxud hansı qabiliyyəti aktivləşdirə bilirlərsə onu o yönə yönləndirmək lazımdır. Əks hal baş versə, inkişafdan söz gedə bilməz.

Autizmli şagirdlərin təhsildə uğur qazanmaları üçün valideynlər və müəllimlər arasında necə daha yaxşı əməkdaşlıq qurula bilər?

-Bu yanaşma mütləqdir və valideynlərin rolu burda böyükdür. Öncəliklə valideynlər sonra müəllimlər maarifləndirilməlidir. Bu maarifləndirmə işi aparıldıqdan sonra hər ikisi arasında müəyyən münasibətlər formalaşaq. Çünki hazırda bugünkü günün reallığı nə müəllimlər, nə də cəmiyyət autizm haqqında tam məlumatlıdır. Hələ Azərbaycan cəmiyyəti autizmin xəstəlik ya sindrom olduğunu təyin edə bilmirlər. Bu isə çox acınacaqlı bir haldır.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il