Hadisə

Alış-veriş zamanı bəzən ehtiyacımızdan əlavə məhsullar satın alırıq. Diqqətimizi çəkən ilk şey isə səliqəli rəflər, bol çeşid, cürbəcür kampaniyalar, endirim aksiyaları, hədiyyəli məhsullar, rəngarəng paketlər olur.  Bəzən isə fərqli çeşidlərə nəzər yetirərkən vaxtın necə keçdiyini unuduruq. İnsan bu qədər çeşid arasından özünə və büdcəsinə uyğun tərzdə müxtəlif məhsullar tapır, tələbat olan məhsullara qoyulan endirimli qiymətlər isə həmin məhsulların daha çox alınması üçün şərait yaradır. Satış mütəxəssisləri müxtəlif marketinq strategiyaları tətbiq edirlər və daha çox müştərini buna cəlb edərək öz satış bazarını böyüdürlər. Bir çox market taktikaları sayəsində alıcılar öz tələbatının çox hissəsini, sərfəli qiymətə əldə etdiyini düşünür. Mütəxəssislərin fikrincə, bu düşüncəyə aparan amillərdən ən əsası isə qiymətlərin insan psixologiyasına təsiridir.

Marketinq mütəxəssisi Səfər Aslanov Crossmedia.az –a açıqlamasında bildirir ki, müştərilərin alış-veriş təcrübəsinə bir sıra müxtəlif amillər təsir edir. Marketoloqlar bu cür amilləri nəzərə alırlar:

“ Məhsulları dükkan içərisində yerləşdirərkən taktikalardan istifadə edirlər. Yüksək tələbat olan məhsulları gözdənqaçan yerlərə qoyurlar. Nəticədə müştəri o məhsulu axtararkən mağazanın müxtəlif hissələrində gəzir və daha çox məhsul onun gözünə sataşır."

Səfər Aslanov bildirir ki, həmçinin aksiya və kampaniyaların təşkil edilməsi ilə də marketlər daha çox kütlənin diqqətini çəkə bilir:

“ İnteraktiv tətbiqlər, oyunlar müştərilərin marağını çəkir. Bu zaman onlar müxtəlif məhsullar haqqında daha çox məlumat alırlar”, - deyə o, qeyd edib.

 

Ləman Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il