“BakıKart”ın qiyməti artdı
İyulun 1-dən etibarən “BakıKart” kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.
Bildirilib ki, “Bakı Kart” kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib. Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda “BakıKart” kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.
Qeyd edək ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.
16:06 09.06.2026
Oxunuş sayı: 56