Rusiya 2026-cı ildə Malayziyaya birbaşa aviareyslər açmağı planlaşdırır
Rusiya 2026-cı ildə Malayziya ilə birbaşa hava əlaqəsinin yaradılmasını planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Nikita Kondratyev bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, İndoneziya, Çin və Hindistana həyata keçirilən aviareyslərin sayının da artırılması nəzərdə tutulur.
Kondratyev qeyd edib ki, bu addımlar Rusiya ilə Asiya ölkələri arasında nəqliyyat və turizm əlaqələrinin genişləndirilməsinə xidmət edəcək.
07:12 09.06.2026
Oxunuş sayı: 55