Karlson: İranla qarşıdurma ABŞ-yə baha başa gəlib
Amerikalı jurnalist Tuker Karlson bildirib ki, Ağ Ev rəsmiləri ilə söhbətlərindən sonra ABŞ administrasiyasında bəzi şəxslərin İranı Venesuela və Kuba ilə müqayisə etdiyini görüb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, son hadisələr göstərib ki, İran daha güclü və dayanıqlı dövlətdir:
“Bu aylar ərzində gördük ki, İran Venesuela və ya Kuba deyil. İran daha təhlükəli, daha güclü və daha dayanıqlı dövlətdir”.
Karlson həmçinin iddia edib ki, İranla qarşıdurma ABŞ və İsrail üçün ciddi maliyyə və hərbi xərclərə səbəb olub. O bildirib ki, bahalı hava hücumundan müdafiə sistemlərinin istifadəsi və bölgədəki hərbi fəaliyyətlər böyük vəsait tələb edib.
Jurnalistin fikrincə, ABŞ hazırda regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və gələcək addımlarını müəyyənləşdirmək üçün ehtiyatlı davranır.
06:47 09.06.2026
Oxunuş sayı: 62