Bu ərazinin elektrik xəttlərində təmir işləri aparılacaq
Sabah Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "Azərişıq" ASC verib.
Qeyd olunub ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
21:40 24.05.2026
Oxunuş sayı: 54