Media: ABŞ və İran ilkin sülh sazişinə yaxınlaşır
ABŞ və İran ilkin sülh sazişinə yaxınlaşıb, lakin razılaşmanın detalları hələ də tam dəqiqləşməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
ABŞ prezidenti Donald Trump Vaşinqton və Tehran arasında sazişlə bağlı “əsasən razılıq əldə olunduğunu” bəyan edib. Bununla belə, Amerika və İran rəsmilərinin mümkün razılaşmanın şərtlərini fərqli şəkildə izah etdiyi bildirilir.
Tramp bildirib ki, ilkin razılıq böyük ölçüdə danışıqlar yolu ilə əldə olunub. O, eyni zamanda ABŞ nümayəndələrinə sazişin imzalanması prosesində tələsməmək barədə göstəriş verdiyini açıqlayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, sənəd hələ imzalanmayıb və yekun təsdiq həm Prezident Tramp, həm də İranın ali rəhbərliyi tərəfindən verilməlidir. Bu prosesin bir neçə gün çəkə biləcəyi qeyd olunur.
Məlumata əsasən, İran tərəfindən yüksək səviyyədə zənginləşdirilmiş uranın utilizasiyası mexanizmi ilə bağlı müzakirələr də davam edir.
Mənbə əlavə edib ki, hazırkı razılaşma İranın raket proqramını əhatə etmir və uranın zənginləşdirilməsinə moratorium tətbiqini nəzərdə tutmur. Bildirilir ki, bu məsələlər gələcək mərhələdə aparılacaq danışıqlarda müzakirə ediləcək
21:30 24.05.2026
Oxunuş sayı: 52