Pakistanda qatar stansiyası yaxınlığında partlayış – ölən və yaralananlar var
Pakistanın Kvetta şəhərində qatar stansiyası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, partlayış təhlükəsizlik məntəqəsinin yaxınlığında qeydə alınıb.
Xəstəxanadan verilən məlumata görə, hadisə yerindən azı 8 nəfərin meyiti çıxarılıb, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Hadisədən sonra bütün aidiyyəti qurumlar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Hələlik heç bir qrup partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
14:57 24.05.2026
Oxunuş sayı: 49