Polşa ABŞ-dən ilk F-35 qırıcılarını alıb
Polşa Müdafiə Nazirliyi ABŞ istehsalı olan ilk F-35 döyüş təyyarələrinin ölkəyə gətirildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Varşavanın sifariş etdiyi 32 ədəd F-35 qırıcısından ilk üçü artıq Polşa Hərbi Hava Qüvvələrinin sərəncamına verilib.
4,6 milyard dollar dəyərində olan müqavilə çərçivəsində ABŞ-nin bütün təyyarələri 2030-cu ilin sonuna qədər Polşaya təhvil verməsi planlaşdırılır. Yeni nəsil “stealth” texnologiyalı F-35-lər NATO-nun şərq cinahında Polşanın hava müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Bildirilib ki, təyyarələr Łask aviabazasına eniş edib və Polşa ordusunda “Husarz” adı ilə xidmət göstərəcək. Təyyarələrin mərhələli şəkildə döyüş hazırlığına cəlb olunacağı qeyd olunur.
09:35 24.05.2026
Oxunuş sayı: 60